...

Baydenin müşaviri İsrailin baş naziri ilə Livanla sərhəddəki vəziyyəti müzakirə edəcək

Dünya xəbərləri Materials 17 İyun 2024 18:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn bu gün İsrailin baş naziri Benyamin Netanyahu və digər yüksək vəzifəli rəsmilərlə görüşəcək.

Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" nəşri xəbər verib.

Məlumata əsasən, A.Hokşteyn görüş zamanı "Hizbullah"la vəziyyəti müzakirə edəcək.

А.Hoчşteyn həmçinin İsrail prezidenti İsaak Hersoq və müxalif siyasətçilər Yair Lapid və Benni Qantzla görüşlər keçirəcək.

ABŞ prezidentinin xüsusi koordinatoru bundan əvvəl də "Hizbullah" ilə bağlı böhranın mümkün həll yollarını müzakirə etmək üçün İsrailə səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti