...

İstanbulda fabrik yanır

Dünya xəbərləri Materials 18 İyun 2024 16:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərinin Tuzla rayonunun Dəri Sənaye Bölgəsində yerləşən fabrikdə güclü yanğın başlayıb.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, Hələlik yanğının səbəbi məlum deyil, lakin alovlar qısa müddətdə böyüyərək bütün fabriki bürüyüb.

Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib. Ətraf ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb.

Yanğın zamanı fabrikdə mütəmadi olaraq partlayış səsləri eşidilib.

Hazırda yanğının nəzarətə alınması istiqamətində işlər davam etdirilir. Fabrikə dəyən ziyanın miqyası hələlik müəyyənləşdirilməyib.

Xəbər lenti

Xəbər lenti