...

Həcc ziyarəti zamanı ölən zəvvarların sayı 1000-i keçib

Dünya xəbərləri Materials 20 İyun 2024 14:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanında müsəlmanların müqəddəs Məkkə şəhərinə həcc ziyarəti zamanı ölənlərin sayı min nəfəri keçib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, həcc zamanı havanın çox isti keçməsi çoxlu zəvvarların və turistlərin ölümünə əsas səbəb olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi iyunun 17-də Məkkədəki Böyük məsciddə temperaturun 51,8 dərəcəyə çatdığını bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti