...

ABŞ Hərbi Hava Qüvvələrinin strateji bombardmançı təyyarələri Avropanı tərk edib

Dünya xəbərləri Materials 22 İyun 2024 03:31 (UTC +04:00)

Bakı. Trend:

Dörd "B-52H Stratofortress" strateji bombardmançıdan ibarət qrup Böyük Britaniyada bir ay qaldıqdan sonra ABŞ-nin Maynot şəhərindəki daimi bazasına qayıdıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropa Komandanlığı bildirib.

Məlumata əsasən, nüvə silahını daşıyan bilən təyyarələr may ayının sonunda İngiltərədəki Ferford aviabazasına "müntəzəm bombardmançı qrupların yerləşdirilməsi" üçün köçürülüb.

Bildirilib ki, Avropada "B-52" bombardmançı təyyarələri Baltik dənizi də daxil olmaqla Britaniya, İsveç, Fransa, Polşa və Almaniya döyüş təyyarələri ilə qarşılıqlı uçuşlar həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti