...

ABŞ-də silahlı hücumda bir nəfər ölüb

Dünya xəbərləri Materials 27 İyun 2024 08:16 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin Sietl şəhərinin cənubundakı magistral yolda avtomobilə silahlı hücumu nəticəsində ən azı bir nəfər ölüb, üç nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "KTVZ" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, hadisə yerinə gələn polis 4 nəfəri bıçaq və güllə yaraları ilə aşkar edib. Avtomobilin sürücüsü polis gələnə qədər dünyasını dəyişib. Üç sərnişin yaxınlıqdakı xəstəxanaya aparılıb

Polis araşdarmaları davam etdirir.

Xəbər lenti

Xəbər lenti