...

Türkiyədə şiddətli yağışlar ciddi fəsadlar törətdi: tələfata səbəb oldu

Dünya xəbərləri Materials 8 İyul 2024 16:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Qaradəniz bölgəsində şiddətli yağışlar ciddi ziyan və tələfata səbəb olub.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, Samsun, Ordu və Muş şəhərlərində şiddətli yağışlar selə səbəb olub.

Məlumata görə, nəticədə 2 nəfər ölüb, 34 nəfər isə təxliyə edilib. Həmçinin, Bayburt, Ərzurum, Ərzincan, Kars, Ağrı, Ardahan, Van, Bingöl ve Muş rayonlarında sel barədə xəbərdarlıq edilib.

Bundan başqa, şiddətli yağışlar nəticəsində Orduda bir çox məhəllələrdə torpaq sürüşməsi olub, kənd yolları bağlanıb. Samsunda isə yağış Terme və Salipazarı rayonlarında daşqınlara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti