Bakı. Trend:
Çinin Şaansi vilayətində avtomobil körpüsünün qismən uçması nəticəsində 20-dən çox avtomobil çaya düşüb.
Trend xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Xilasedicilər 5 avtomobili sudan çıxarıblar. Hadisə nəticəsində 11 nəfərin ölümü təsdiqlənib.
Qiymətləndirmələrə görə, içərisində 30-a yaxın insan olan təqribən daha 20 avtomobil suda ola bilər, hazırda onların axtarışı davam edir.
Çinin fövqəladə hallar naziri Van Yansinin rəhbərlik etdiyi xilasetmə işlərinə 736 nəfər, 76 ədəd texnika, 18 qayıq və 32 pilotsuz uçuş aparatı cəlb olunub.
KİV-in yazdığına görə, körpünün uçmasına güclü yağışlar nəticəsində baş verən daşqın səbəb olub.