Bakı. Trend:
Venesuela hökuməti yeddi ölkədən öz diplomatlarını geri çağırmağa qərar verib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Argentina, Çili, Peru, Kosta-Rika, Panama, Dominikan Respublikası və Uruqvay dünən Venesuelada keçirilən prezident seçkilərinin nəticələrini tanımadığından, Venesuela hökuməti bu ölkələrdəki diplomatlarını geri çağıracaq.
Qeyd edək ki, dünən Venesuelada keçirilən prezident seçkilərində 51 faiz səs çoxluğu ilə Nikolas Maduro qalib gəlib.