...

Bu ölkə Gürcüstana hərbi yardımı dayandırıb

Dünya xəbərləri Materials 30 İyul 2024 17:04 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Danimarka Gürcüstana hərbi yardımı dayandırıb.

Trend xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin deputatı Teona Akubardiya Danimarka XİN-in məktubuna istinadən məlumat yayıb.

Məktuba əsasən, Danimarka Gürcüstan hökumətini Avro-Atlantika yoluna qayıtmağa və Avropa İttifaqının islahatlar proqramına əməl etməyə çağırıb.

Qeyd edək ki, Danimarka Gürcüstana ötən ildən hərbi yardım

etməyə başlayıb. Yardımın büdcəsi 10,376 milyon dollara yaxın olub.

Xatırladaq ki, Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanun 3 iyun tarixində qəbul edilib. Gürcüstan prezidenti Salome Zurabişvilinin müqavimətinə və vetosuna, eləcə də, xarici diplomatların etirazlarına baxmayaraq, parlament bu qanunun ilkin versiyasının qaytarılmasına nail olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti