Bakı. Trend:
Avropa Komissiyası Rusiya və Belarus vətəndaşları üçün viza tələblərinin sadələşdirilməsi qərarına görə Macarıstandan izahat tələb edib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə qurumun nümayəndəsi Anita Hipper açıqlama verib
Onun sözlərinə görə, müvafiq cavab alındıqdan sonra bu qərarın Avropa İttifaqının norma və prinsiplərinə uyğunluğu təftiş olunacaq. Rəhbər tutduğumuz siyasət onu deməyə əsas verir ki, Rusiya Avropa İttifaqının təhlükəsizliyinə təhdid yaradır.