...

Rusiya "YouTube"u Vaşinqtonun təlimatlarını yerinə yetirməkdə ittiham etdi

Dünya xəbərləri Materials 31 İyul 2024 14:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın xarici siyasət idarəsi "YouTube" platformasını Vaşinqtonun siyasi təlimatlarını yerinə yetirməkdə ittiham edib.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin brifinqdə çıxışında deyib.

O qeyd edib ki, "YouTube" administrasiyası "Roskomnadzor"un pozuntularla olan 60 mindən çox materialının silinməsi ilə bağlı qanuni tələbini rədd edir. Bunlara qadağan olunmuş ekstremist materialları, o cümlədən, Rusiya vətəndaşlarına münasibətdə qanunazidd hərəkətlərə çağırışlar daxildir.

Qeyd edək ki, "Google"da problemlər səbəbindən "YouTube"un işində mümkün nasazlıqların yaranacağı barədə rusiyalılara xəbərdarlıq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti