...

İyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi 40 milyard dolları keçib

Dünya xəbərləri Materials 31 İyul 2024 18:47 (UTC +04:00)

Bakı. Trend:

Bu ilin iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi 43 milyar 969 milyon dollar olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin iyun ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,3 faiz azalaraq 19 milyard 49 milyon dollar, idxalı isə 4,4 faiz azalaraq 24 milyard 920 milyon dollar olub.

“Bu ilin yanvar- iyun ayında Türkiyənin xarici ticarət dövriyyəsi 295 milyard 147 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin yanvar- iyun ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq 126 milyard 278 milyon dollara, idxalı isə 8,4 faiz azalaraq 168 milyard 869 milyon dollara çatıb.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti