...

ABŞ-də tam robotlaşdırılmış ilk stomatoloji əməliyyat həyata keçirilib

Dünya xəbərləri Materials 1 Avqust 2024 14:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də dünya üzrə ilk dəfə olaraq tam robotlaşdırılmış stomatoloji əməliyyat süni intellektə malik robot tərəfindən insan üzərində həyata keçirilib.

Trend xəbər verir ki, ABŞ-nin diş texnologiyaları üzrə ixtisaslaşmış “Perceptive” kompaniyasının məlumatına görə, əməliyyat süni intellektə əsaslanan proqram təminatı ilə təchiz edilmiş robot vasitəsi ilə aparılıb.

Kompaniya bu sistemdən stomatoloji əməliyyatların sürətini və dəqiqliyini artırmaq üçün istifadə etmək istəyir. Həmçinin, yeni texnologiya diş həkimi tərəfindən hər biri azı bir saat çəkən iki əməliyyatı 15 dəqiqə ərzində həyata keçirməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti