...

Türkiyə ordusunda general və admiralların sayı artırılacaq

Dünya xəbərləri Materials 2 Avqust 2024 06:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Ali Hərbi Şurası ölkənin Silahlı Qüvvələrinin sıralarında yeni təyinatlar və kadr dəyişiklikləri barədə məlumat yayıb.

Trend xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Şuranın iclası Ankarada baş tutub.

Şuranın qərarına əsasən, 23 general və admiralın rütbəsi qaldırılıb, 77 polkovnikə isə general və admiral rütbəsi verilib.

Bundan başqa, 34 general və admiralın xidmət müddəti bir il, 455 polkovnikin isə iki il uzadılıb.

Ümumilikdə, 31 general və admiral təqaüdə göndərilib.

Qərar avqustun 30-dan qüvvəyə minəcək və Türkiyə ordusunda xidmətdə olan general və admiralların sayı hazırkı 281-dən 327-yə çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti