...

Fransa həbsxanalarında məhbusların sayı rekord səviyyəyə yüksəlib

Dünya xəbərləri Materials 2 Avqust 2024 08:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa həbsxanalarındakı məhbusların sayı 78,5 min nəfərə çataraq yeni rekord qırıb.

Trend xəbər verir ki, bu barədə “Agence France-Presse” Fransa Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, cəzaçəkmə müəssisələrindəki məhkumların sayı son 10 ayda davamlı olaraq artıb və penitensiar müəssisələrin orta doluluq göstəricisi 126,9 faizə yüksəlib. 19 müəssisədə isə doluluq hətta 200 faizi ötüb. Qurumun məlumatına görə, bu səbəbdən 3,5 min məhbus döşəmədə yatmağa məcbur olub.

Məhkəmə qərarını gözləyən və ya qısamüddətli həbs cəzası çəkən fransızların olduğu müəssisələrdə vəziyyət daha da pisləşib, orta doluluq göstəricisi 152,3 faizə çatıb.

Daha əvvəl Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Fransa həbsxanalarındakı vəziyyəti dəfələrlə tənqid edib. Keçən ilin iyulunda AİHM, Fransadakı həbsxanaların xroniki problem yaşadığını, şəraitin olduqca pis olduğunu və vəziyyəti yaxşılaşdırmaq üçün məqsədyönlü tədbirlərin görülmədiyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti