...

Paris-2024: Avstraliyalı idmançı saxlanılıb

Dünya xəbərləri Materials 7 Avqust 2024 16:38 (UTC +04:00)

Bakı. Trend:

Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti xoşagəlməz hadisə yaşanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, avstraliyalı otüstü hokkeyçi Tom Kreyq narkotik maddə almaqda şübhəli bilinərək Parisdə saxlanılıb.

Onun üzərində bir qram narkotik maddə də aşkarlanıb.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Avstraliya Milli Olimpiya Komitəsinin məsələni araşdırdığını açıqlayıb.

Qeyd edək ki, otüstü hokkey üzrə Avstraliya millisi Paris-2024-də 1/4 finalda Niderlanda 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti