Bakı. Trend:
Avstriya polisi amerikalı müğənni Teylor Sviftin konserti zamanı terror aktı törətməyi planlaşdırdığı ehtimal edilən iki nəfəri saxlayıb.
Trend-in məlumatına görə, bu barədə "ORF" portalı xəbər verib.
Polisdən verilən məlumata əsasən, saxlanılanlardan biri 19 yaşındadır, ondan “kimyəvi maddələr” götürülərək analizə göndərilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edirlər ki, saxlanılanların hədəfi T.Sviftin konsertləri də daxil olmaqla, böyük izdihamlı tədbirlər ola bilərdi. Vyanada müğənni avqustun 8-10-da üç konsert verəcək. Hadisələrin keçiriləcəyi stadionun ərazisində təhlükəsizlik tədbirləri gücləndiriləcək.