Bakı. Trend:
ABŞ Venesuela prezidenti Nikolas Maduroya "Venesuelanı demokratiya yoluna qaytarmaq" üçün təzyiq etmək variantlarını araşdırır.
Trend-in məlumatına görə, bu barədə brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel deyib.
"Birləşmiş Ştatlar Maduroya təzyiq etmək və onu Venesuelanı demokratiya yoluna qaytarmağa məcbur etmək üçün bir sıra variantları nəzərdən keçirir. Və biz bunu davam etdirəcəyik", - deyə V.Patel bildirib.