...

"Dünyanın ən zəngin üç adamı" postunu tərk edib

Dünya xəbərləri Materials 14 Avqust 2024 20:06 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransız lüks mallar istehsalçısı LVMH (Louis Vuitton - Moet Hennessy) şirkətinin sahibi Bernard Arnault planetin ən zəngin adamları üçlüyünü tərk edərək dördüncü yeri tutub.

Trend xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentlik qeyd edir ki, o, "Facebook"un həmtəsisçisi Mark Zukerberqə uduzub.

Arnaultun sərvəti 185 milyard dollar, üçüncü yeri tutan Zukerberq isə 188 milyard dollar dəyərində qiymətləndirilir.

Amerika onlayn pərakəndə satış şirkəti "Amazon"un qurucusu və keçmiş rəhbəri Ceff Bezos 193 milyard dollarlıq sərvətlə reytinqdə ikinci yerdə qərarlaşıb. Amerikalı texnologiya lideri İlon Mask isə 235 milyard sərvətlə birinci yerdədir.

Beşinci yeri digər amerikalı, "Microsot" şirkətinin yaradıcısı Bill Qeyts (154 milyard dollar) tutub.

Reytinqdə ilk on yerdən doqquzunu amerikalılara məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti