Bakı. Trend:
BMT Təhlükəsizlik Şurasının strukturunun kökündən dəyişdirilməsi lazımdır.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş katibi Antonio Quterreşə müraciətində bildirib.
"Dünyamızda müharibələr bizi əhatə etməzdən, daha çox insan və cəmiyyət əziyyət çəkmədən, daha çox günahsız qan tökülmədən, qlobal sülh və təhlükəsizliyi təmin etmək vəzifəsini yerinə yetirməkdən uzaq olan BMT Təhlükəsizlik Şurasının strukturunun köklü şəkildə dəyişdirilməsi lazımdır", - deyə Türkiyə prezidenti qeyd edib.
R.T.Ərdoğan bildirib ki, Türkiyə ədalətli beynəlxalq sistem və bu günün şərtlərinə uyğun BMT Təhlükəsizlik Şurasının formalaşması üçün səmimiyyətlə çalışan bütün dostlarımızın yanında olmağa davam edəcək.