Bakı. Trend:
Almaniya Ukraynaya yeni bir hərbi yardım paketi ayırıb.
Trend-in məlumatına görə, bu barədə alman general-mayoru Kristian Freydinq məlumat verib.
Onun sözlərinə görə, 2024-cü ilin dekabr ayına qədər Ukrayna iki ədəd “İris-T” hava hücumundan müdafiə sistemi, təxminən 30 ədəd “Leopard 1A5” tankı, habelə iki növ 16 ədəd özüyeriyən artilleriya qurğusu, PUA və PUA-dan müdafiə sistemləri alacaq.
Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevin Berlinin “Patriot” ehtiyatlarının dörddə birini əldə edəcəyini bildirmişdi. Ancaq Almaniya Ukraynaya uzaqmənzilli “Taurus” raketləri verməkdən imtina edib.