...

Durovun həbsi fonunda Toncoin kriptovalyutası 15%-dən çox ucuzlaşıb

Dünya xəbərləri Materials 25 Avqust 2024 02:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Telegram-da ödənişləri edilən Toncoin kriptovalyutası, Binance platformasının məlumatlarına görə, messencerin təsisçisi Pavel Durovun Fransada saxlanılması ilə bağlı xəbərlər fonunda 15%-dən çox dəyər itirib.

Trend-in məlumatına görə, TON 11,01% azalaraq 6,04 dollar olub. Saat 01:08-də kriptovalyuta 15,61% ucuzlaşaraq 5,78 dollar olub.

TON enişini ləngitərək 5,9 dollar (-12,2%) səviyyəsində olub.

Bundan əvvəl Telegram-ın yaradıcısı Pavel Durov Fransada saxlanılıb. Durov Le Burje hava limanında saxlanılıb, onun yanında sevgilisi və mühafizəçisi olub. Durov terrorizm, çirkli pulların yuyulması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittihamlarla üzləşə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti