...

Bu ölkə ABŞ-dən yeni silah alır

Dünya xəbərləri Materials 28 Avqust 2024 13:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistan ABŞ ilə 73 min ədəd “SIG-Sauer-716 Patrol” avtomatik hücum tüfənginin tədarükü üçün müqavilə imzalayıb.

Trend xəbər verir ki, bu barədə Hindistan KİV-ləri məlumat yayıb.

“500 metrdən hədəfi məhv etmək qabiliyyətinə malik tüfəng Hindistanın Çin və Pakistanla sərhədlərində yerləşən ordu hissələrini silahlandırmaq üçün nəzərdə tutulub”, - məlumatda qeyd olunub.

Qeyd edilir ki, müqavilə Hindistan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən sürətləndirilmiş hərbi təchizat proqramı çərçivəsində imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti