...

Almaniya qanunsuz miqrasiyanın qarşısını almaq üçün quru sərhədlərini gücləndirir

Dünya xəbərləri Materials 10 Sentyabr 2024 02:54 (UTC +04:00)

Bakı. Trend:

Almaniya hökuməti qeyri-qanuni miqrant axınını azaltmaq üçün ölkənin bütün quru sərhədlərində müvəqqəti nəzarətin tətbiqi barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, bu barədə Almaniya Daxili İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd edilib ki, sentyabrın 16-da başlayacaq və ilkin olaraq altı ay davam edəcək nəzarət miqrasiya siyasətinin sərtləşdirilməsinə yönəlib.

"Biz daxili təhlükəsizliyi gücləndiririk və qeyri-qanuni miqrasiyaya qarşı sərt xəttimizi davam etdiririk", - deyə daxili işlər naziri Nensi Feyzer vurğulayıb.

Avstriyanın daxili işlər naziri Gerhard Karner “Bild” qəzetinə bildirib ki, ölkəsi Almaniyanın sərhəddə imtina etdiyi miqrantları qəbul etməyəcək.

Xəbər lenti

Xəbər lenti