Bakı. Trend:
2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin kənd təsərrüfatı məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq, 23 milyon 176 min 460 dollara çatıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin avqust ayında Türkiyə 2 milyon 862 min 797 dollar məbləğində kənd təsərrüfatı məhsulları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 2,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 36 milyon 82 min 239 dollar məbləğində kənd təsərrüfatı məhsulları ixrac edib.