Bakı. Trend:
İran prezidenti Məsud Pezeşkian ilk xarici səfəri çərçivəsində İraqın paytaxtı Bağdada gedib.
Trend xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Üç günlük səfər çərçivəsində İran prezidenti İraq prezidenti Əbdüllətif Rəşid, baş nazir Məhəmməd Şiya əl-Sudani və parlament sədri Möhsün əl-Mandalavi ilə görüşərək danışıqlar aparacaq.
Səfər çərçivəsində iki ölkə arasında bir çox sahələr, o cümlədən, iqtisadi əlaqələrin inkişaf etdirilməsi üzrə 15 sənədin imzalanacağı gözlənilir.