Bakı. Trend:
Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, İordaniya, Finlandiya və Moldova üzərində qələbə ilə başlayan Azərbaycanın kişilərdən ibarət yığması IV turda Monteneqro üzərində qələbə qazanaraq uğurlu seriyasını davam etdirib. Bununla da kişi şahmatçılarımız 8 xal toplayıb.
Turnir cədvəli: 1. Hindistan, 2. ABŞ, 3. Özbəkistan - hər biri 6 xal, 6. Azərbaycan – 8 xal.
Nikaraqua və Avstraliyanı üstələyən, Argentina ilə isə heç-heçə edən qadınlardan ibarət yığma Sloveniyanı darmadağın edib. Şahmatçılarımızın 7 xalı var.
Turnir cədvəli: 1. ABŞ - 6 xal, 2. İspaniya - 6 xal, 3. İngiltərə - 6 xal, 20. Azərbaycan – 7 xal.