...

Avropanın ən çox axtarılan cinayətkarlarından biri İspaniyada saxlanılıb

Dünya xəbərləri Materials 17 Sentyabr 2024 04:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya polisi narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Avropada ən çox axtarışda olan cinayətkarlardan birini saxlayıb, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Trend xəbər verir ki, İspaniyanın Daxili İşlər Nazirliyi həmin şəxsin adını açıqlamayıb, lakin onun Albaniyadan olduğu məlum olub. Departamentdən bildirilib ki, Belçikada o, 13 maddə üzrə 29 il həbs cəzasına məhkum edilib.

İspaniya polisi həmin şəxsi 2023-cü ilin yanvarında axtarmağa başlayıb. Onlar Belçika hökumət rəsmiləri ilə əməkdaşlıq ediblər. O, hazırda İspaniya Milli Məhkəməsindədir.

Xəbər lenti

Xəbər lenti