...

Azərbaycan vətəndaşları Türkiyədə 500-dən çox daışınmaz əmlak alıb

Dünya xəbərləri Materials 17 Sentyabr 2024 14:26 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 517 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 30 obyekt çoxdur.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından bildirilib.

Məlumata görə, bu ilin avqust ayında Azərbaycan vətəndaşları Türkiyədə 90 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin avqust ayı ilə müqayisədə 15 obyekt çoxdur.

Qeyd edək ki, 2024-cü ilin avqust ayında Türkiyədə 134 min 155 mənzil satın alınıb ki, bu da 2023-cü ilin avqust ayı ilə müqayisədə 9,9 faiz çoxdur.

Məlumata görə, 2024-cü ilin yanvar – avqust aylarında Türkiyədə 806 min 317 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

2024-cü ilin avqust ayında Türkiyədə xarici vətəndaşlara 2 min 257 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 26,2 faiz azdır.

Bu ilin yanvar – avqust aylarında əcnəbi vətəndaşlar Türkiyədən 25 min 68 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 40 faiz azdır.

Xəbər lenti

Xəbər lenti