Bakı. Trend:
ABŞ prezidenti Co Bayden sentyabrın 24-də BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində çıxış edəcək.
Trend-in məlumatına görə, bu barədə Ağ ev tərəfindən yayılan açıqlamada bildirilib.
Məlumata əsasən, C.Bayden 23-25 sentyabr tarixlərində BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmək üçün Nyu-Yorka gedəcək:
"Sentyabrın 24-də Baş Assambleyadakı çıxışından əlavə, prezident Bayden beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərlə mübarizə, qlobal rifahı təşviq etmək və insan haqlarını qorumaq ilə bağlı əməkdaşlığı müzakirə etmək üçün dünya liderləri ilə görüşəcək".