...

Türkiyə ilə diplomatik münasibətlər qurmalı və quru sərhədlərimizi açmalıyıq – Paşinyan

Dünya xəbərləri Materials 18 Sentyabr 2024 12:56 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Biz Türkiyə ilə diplomatik münasibətlər qurmalı və quru sərhədlərimizi açmalıyıq.

Trend xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib.

"Mən Türkiyədə baş verən müzakirələri izləyərək deyə bilərəm ki, Türkiyədə müəyyən qavrayışlarda kiçik, amma açıq bir dəyişiklik baş verir", - Nikol Paşinyan bildirib.

Xatırladaq ki, Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Türkiyə 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və bu ölkə ilə bütün əlaqələrini kəsib. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb. Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti