...

Türkiyə-İsveç Təhlükəsizlik Mexanizmi toplantısı təxirə salınıb

Dünya xəbərləri Materials 18 Sentyabr 2024 16:49 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə ilə İsveç arasında bu gün keçirilməsi planlaşdırılan "Təhlükəsizlik Mexanizmi" toplantısı ertələnib.

Trend xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, İsveçin xarici işlər naziri və ədliyyə nazirini daşıyan təyyarə Türkiyəyə gedərkən texniki problemlə üzləşərək Stokholma qayıdıb.

Bu səbəbdən təhlükəsizlik toplantısı təxirə salınıb.

İsveç Xarici İşlər Nazirliyindən bildirilib ki, ekipaj və sərnişinlər üçün heç bir təhlükə yoxdur. Görüşlə bağlı yeni tarixin təyin olunacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, Türkiyə ilə İsveç arasında Təhlükəsizlik Mexanizmi üzrə ilk toplantının bu gün Ankarada keçirilməsi planlaşdırılırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti