...

İsrail ordusu Livanla sərhəddə yerləşən ərazini qapalı hərbi zona elan edib

Dünya xəbərləri Materials 30 Sentyabr 2024 22:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu Livanla sərhədə yaxın üç yaşayış məntəqəsinin ərazisini qapalı hərbi zona elan edib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"Vəziyyət qiymətləndirildikdən sonra İsrailin şimalındakı Metula, Misqav-Ama və Kfar-Qiladi əraziləri qapalı hərbi zona elan edilib. Bu əraziyə giriş qadağandır", - deyə bildirilb.

Məlumata əsasən, qərar İsrailin Livan ərazisində mümkün quru əməliyyatı gözləntiləri fonunda açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti