Bakı. Trend:
İran 2025-ci ilin mart ayının sonuna qədər yerli istehsal olan üç uzaqdan zondlama peykini orbitə göndərəcək.
Trend-in verdiyi xəbərə görə, bu barədə “IRNA” agentliyi İranın Kosmik Agentliyinin rəhbəri Həsən Salariyə istinadla məlumat yayıb.
Salari bildirib ki, “Kosvar,” “Tolo-3,” və “Zəfər-2” adlı bu peyklər 2025-ci il martın 20-dək orbitə buraxılacaq. Bu peyklərin, xüsusilə təbii fəlakətlər zamanı və yerüstü infrastrukturun işləmədiyi hallarda qərar qəbul etməni asanlaşdırmaq üçün məlumatların qəbulu və ötürülməsini təmin edəcəyi qeyd olunub.