Bakı. Trend:
Rusiyanın ABŞ-də olan səfiri Anatoli Antonov öz missiyasını uğurla yerinə yetirdi, indi növbə digərindədir.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, səfirin missiyasının başa çatması ABŞ-də gələcək seçkilərlə bağlı deyil.
Uşakov əlavə edib ki, yeni səfirin namizədliyi hazırlanır.