Bakı. Trend:
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçiləcəyi təqdirdə cinsiyyət dəyişdirilməsi ideyalarına qarşı mübarizə aparacağını vəd edib.
Trend-in məlumatına görə, Tramp bu barədə Polşanın “Republika” telekanalına müsahibəsində danışıb.
“Oğlunuz evdən çıxıb, qız kimi geri qayıdanda və valideynlərə bu barədə heç nə deyilməyəndə nə düşünərsiniz? Mən prezidentlik yolunda belə düşüncələrə sahib olan insanlarla mübarizə aparıram. Əgər Trampa səs versəniz, bu cür hallar sona çatacaq. Normal həyata qayıdacağıq, olması lazım olana qayıdacağıq. Tanrının və insanların istədiyi kimi bir həyata dönəcəyik. Ağıllı olmağa qayıdacağıq, çünki indi ağlımızı itirmişik. Bu insanlar dəli olublar,” - deyə Tramp bildirib.