Bakı. Trend:
ABŞ Ədliyyə Nazirliyi Oklahoma ştatında yaşayan 27 yaşlı Əfqanıstan vətəndaşı Nasir Tövhedinin İŞİD terror təşkilatı adından terror aktı törətmək məqsədilə əlbir olmaqda ittiham edilərək həbs edildiyini açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə Nazirliyin məlumatında bildirilib.
Məlumata əsasən, terror aktı ABŞ-də prezident seçkiləri günü planlaşdırıldı.
Bildirilib ki, Tövhedi “ailəsinin aktivlərini ləğv etmək, ailə üzvlərini xaricə köçürmək, AK-47 avtomatları və sursatları əldə etmək və ABŞ-də terror aktı törətməyə hazırlaşmaq üçün addımlar atıb”.
FTB müstəntiqləri əfqana məxsus elektron cihazların mətnlərini tədqiq edərək, bunun əsasında onun “terror təşkilatının ideologiyasına sadiq olduğu” qənaətinə gəliblər.
Dindirilmə zamanı şübhəli şəxs prezident seçkiləri günü terror aktı törətməyi planlaşdırdığını etiraf edib.