Bakı. Trend:
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparacaq.
Trend-in məlumatına görə, bu barədə ŞƏT-in baş katibi Çjan Min deyib.
"Terrorizm bütün bəşəriyyətin ortaq düşmənidir, Şanxay Əməkdaşlıq Təşkilatı hər zaman terrora qarşı qətiyyətlə mübarizə aparacaq, regional təhlükəsizlik və sabitliyi qoruyub saxlayacaqdır", - deyə təşkilatın baş katibi bildirib.
O, Pakistanın Sind vilayətində həm çinlilərin, həm də pakistanlıların öldürüldüyü son terror aktını qətiyyətlə pisləyib. Şanxay Əməkdaşlıq Təşkilatı Sind əyalətində törədilən terror aktından sarsıldığını, bu terror aktını qətiyyətlə pislədiyini və həlak olanlara dərin hüznlə başsağlığı verdiyini vurğulayıb.