...

Yaponiyada ilk dəfə olaraq 50 ildən çox yaşı olan atom elektrik stansiyasının istismarına icazə verilib

Dünya xəbərləri Materials 16 Oktyabr 2024 07:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiya Atom Enerjisi Tənzimləmə Təşkilatı, noyabr ayında 50 illik fəaliyyətini qeyd edəcək Takahama Atom Elektrik Stansiyasının (Fukui prefekturası) birinci enerji blokunun davamlı istismarına icazə verib.

Trend-in Kyodo agentliyinə istinadən verdiyi məlumata görə, bu qərar Yaponiyada 50 ildən çox yaşı olan bir enerji blokunun fəaliyyətinin ilk dəfə uzadılmasıdır. Yapon tənzimləyicisi stansiyanı hərtərəfli yoxladıqdan sonra onun təhlükəsizlik standartlarına cavab verdiyini təsdiqləyib və istismar müddətini daha 10 il uzadıb.

Yaponiyada əvvəlki qanunvericiliyə əsasən, nüvə reaktorlarının istismar müddəti 40 il idi, lakin xüsusi təsdiq ilə 60 ilə qədər uzadıla bilirdi. 2023-cü ildə isə yeni qaydalar qəbul edilib və indi reaktorlar 30 illik istismardan sonra, daha sonra isə hər 10 ildən bir yoxlamadan keçməlidir.

2011-ci ildə “Fukusima-1” AES-də baş verən qəza sonrası Yaponiya bütün nüvə stansiyalarını bağlamışdı. Təhlükəsizlik tədbirləri gücləndirildikdən sonra bəzi reaktorlar yenidən işə salınmağa başladı. Yaponiya hökuməti, qlobal enerji qiymətlərinin yüksəlməsi ilə əlaqədar, hazırda reaktorların bərpasına böyük önəm verir.

Xəbər lenti

Xəbər lenti