...

“Gürcü Arzusu” seçkilərdə bir milyondan çox səs toplayacaq - İrakli Kobaxidze

Dünya xəbərləri Materials 16 Oktyabr 2024 12:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Gürcü Arzusu” parlament seçkilərdə bir milyondan çox səs toplayacaq.

Trend Gürcüstan KİV-ə isitinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

“Gürcü arzusu” yalnız dövlət qulluqçuları korpusunun ən vacib hissəsi tərəfindən deyil, həm də cəmiyyətin böyük bir hissəsi tərəfindən dəstəklənir, bunu oktyabrın 26-da görəcəksiniz.

Bu seçkilərdə bir milyondan çox səs alacağıq və Gürcüstanda nə qədər dövlət qulluqçusunun olduğunu hesablaya bilərsiniz. Dövlət qulluqçularının və onların ailə üzvlərinin resursları seçkilərdə qalib gəlmək üçün kifayət etməyəcək", - o vurğulayıb.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabr tarixinə təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti