...

ABŞ prezidenti Almaniyaya səfərə gəlib

Dünya xəbərləri Materials 18 Oktyabr 2024 06:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden Almaniyaya səfərə gəlib.

Trend-in məlumatına görə, bu barədə "NTV" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, C.Baydenin " Air Force One" hökumət təyyarəsi axşam saatlarında Ağ Ev rəhbərinin Almaniya prezidenti Frank-Valter Ştaynmayer və kansler Olaf Şolzla görüşməyi planlaşdırdığı Berlinə eniş edib.

Bildirilib ki, oktyabrın 18-i səhər Bayden əvvəlcə Belevü sarayında Ştaynmayer tərəfindən qarşılanacaq, sonra isə Almaniyanın ən yüksək mükafatına layiq görüləcək.

Daha sonra Şolz ilə görüş planlaşdırılır, bundan sonra onlara Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer də qatılacaq. Danışıqların əsas mövzularının Ukrayna və Yaxın Şərqdəki münaqişələr olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti