Bişkek. Trend:
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələri daşımalar zamanı elektron sənəd dövriyyəsinə keçid və onun Təşkilat çərçivəsində qarşılıqlı tanınması haqqında çoxtərəfli saziş imzalamağa çağırıb.
Trend xəbər verir ki, o bu barədə Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə Görüşü zamanı çıxışında bildirib.
Onun sözlərinə görə, Orta Dəhliz üzrə tranzit tariflərinin optimallaşdırılması, sərhəd keçidi proseslərinin sadələşdirilməsi, müasir logistika sistemlərinin və birgə operatorların yaradılması Təşkilatın ümumi maraqlarına tamamilə uyğundur.
“Bu aktual məsələlərin biznes nümayəndələrinin iştirakı ilə ətraflı müzakirəsi üçün Türk dövlətlərinin Logistika Mərkəzləri və Yükdaşıyıcılar Alyansı ilə birgə Beynəlxalq Logistika Konfransı keçirməyi təklif edirik”, - Ş.Mirziyoyev qeyd edib.