Bakı. Trend:
Qətər Qəzza zolağında sülh danışıqlarında vasitəçilik səylərini dayandırmaq niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyinə diplomatik mənbələr bildiriblər.
"Qətərlilər israillilərə və HƏMAS-a bildiriblər ki, hər iki tərəf razılaşmanı imzalamaq üçün konskturkiv danışıqlarından imtina etdikcə, vasitəçilik rolunu davam etdirmək mümkün olmayacaq", - deyə bildirilib.
Məlumata əsasən, Qətər hakimiyyəti artıq qərarları barədə həm münaqişə tərəflərini, həm də Amerika administrasiyasını məlumatlandırıb. Qeyd edilib ki, Qətər, hər iki tərəf danışıqlar masasına qayıtmağa səmimi iradə nümayiş edəcəyi halda, vasitəçiliyi bərpa etməyə hazırdır.