...

Livan razılaşması “HƏMAS”a təzyiq edir - Ağ Ev

Dünya xəbərləri Materials 2 Dekabr 2024 00:51 (UTC +04:00)
Livan razılaşması “HƏMAS”a təzyiq edir  - Ağ Ev
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Livanda atəşkəs razılaşmasının əldə edilməsi, radikal Fələstin “HƏMAS” hərəkatına təzyiq göstərir və onu Qəzza zolağında atəşkəsin mümkünlüyünü yenidən nəzərdən keçirməyə məcbur edir.

Trend xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

O, qeyd edib ki, “HƏMAS” bu təzyiqi hiss edir, çünki onların əsas tərəfdaşı olan “Hizbullah” atəşkəs barədə danışıqlar aparıb. “HƏMAS” əvvəllər düşünürdü ki, “Hizbullah” sona qədər onlara dəstək olacaq, lakin indi təzyiq altında olduqları üçün Qəzza zolağında girovlarla bağlı atəşkəs razılaşmasının mümkünlüyünü yenidən qiymətləndirə bilərlər.

Sallivan əlavə edib ki, ABŞ, İsrail, Türkiyə, Qətər və Misir də daxil olmaqla, regionun əsas oyunçuları ilə fəal şəkildə əlaqə saxlayır və atəşkəsin əldə edilməsi üçün yaxın günlərdə və ya bu gün məsləhətləşmələr keçiriləcək.

2025-ci il yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən əvvəl İsrail və “HƏMAS” arasında razılıq əldə edilməsi mümkünlüyü ilə bağlı suala isə Sallivan belə cavab verib: “İndi atəşkəs qərarının asılı olduğu əsas oyunçu ‘HƏMAS’dır’.”

Xəbər lenti

Xəbər lenti