Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalmağı planlaşdırır.
Trend xəbər verir ki, bu barədə Makron "LCI" telekanalına müsahibəsində bildirib.
O, bildirib ki, parlament ölkənin hazırkı hökumətinə etimadsızlıq göstərsə belə, istefa verməyəcək.
Qeyd edək ki, 2017-ci ildən hakimiyyətdə olan 47 yaşlı Makron 2022-ci ildə bu vəzifəyə növbəti dəfə seçilib. Onun səlahiyyət müddəti 2027-ci il mayın 13-də başa çatır.