Bakı. Trend:
2025-ci il iyulun 1-dən etibarən Rusiya büdcə hesablamalarında rəqəmsal rubldan istifadə etməyə başlayacaq.
Trend xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Rusiya çağırır!” forumunda çıxışı zamanı məlumat verib.
Putin qeyd edib ki, Rusiya federal büdcə sistemində rəqəmsal rubl vasitəsilə ödənişlərin tətbiqinə başlayacaq. Beynəlxalq hesablaşmalarda rublun istifadəsinə toxunan dövlət başçısı vurğulayıb ki, bu əməliyyatlar biznes üçün daha rahat və sərfəli olmalıdır: “Biz bu məqsədlə müvafiq infrastrukturun yaradılmasına davam edirik.”
Prezident həmçinin əlavə edib ki, banklar müştərilərin məsafədən identifikasiyasını həyata keçirə bilməsi üçün eksperimental hüquqi rejim tətbiq ediləcək. Bununla yanaşı, çirkli pulların yuyulmasına qarşı qanunvericilikdəki tələblər də nəzərə alınacaq.