...

İranda zəlzələ: 12 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 5 Dekabr 2024 13:22 (UTC +04:00)
İranda zəlzələ: 12 nəfər xəsarət alıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində baş verən zəlzələ nəticəsində indiyədək 12 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bunu İranın Xuzistan vilayəti Məscid Süleyman rayonunun qubernatoru Peyman Molayi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində 33 mənzilə ciddi ziyan dəyib. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qeyd edək ki, bu gün səhər saatlarıdna İranın Xuzistan vilayətində 5,6 bal gücündə zəlzələ baş verib. Ardınca 10 dəfədən çox yeraltı təkanlar qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti