...

İran hərbi peyki orbitə buraxıb

Dünya xəbərləri Materials 7 Dekabr 2024 01:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın “Simurq” raketi ölkənin Silahlı Qüvvələrinin "Fəxr-1" peykini orbitə çıxarıb.

Trend-in məlumatına görə, bu barədə "IRNA" agentliyi xəbər verib.

Məlumata əsasən, raket müəyyən edilmiş orbitə uğurla daxil oldu.

"Bu gün, cümə günü, dekabrın 6-da İran İslam Respublikası Silahlı Qüvvələrinin "Fəxr-1" peyki "Simurq" daşıyıcı raketindən istifadə etməklə kosmosa buraxılıb. Peyk orbitə daxil olduqdan sonra ilk siqnalı yer stansiyalarına ötürdü", - deyə bildirilib.

Qeyd edilib ki, ikipilləli maye yanacaq daşıyıcısı olan “Simurq” daşıyıcı raketi "Fəxr-1" peykini və ümumi kütləsi 300 kq olan "Saman-1" orbital ötürmə qurğusunu uğurla orbitə çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti