...

Cənubi Koreyanın keçmiş müdafiə naziri vətənə xəyanət şübhəsi ilə həbs olunub

Dünya xəbərləri Materials 8 Dekabr 2024 06:30 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyada hüquq-mühafizə orqanları istefa vermiş müdafiə naziri Kim Yon Hyeni vətənə xəyanət ittihamı ilə həbs edib.

Trend xəbər verir ki, "Yonhap" agentliyinin məlumatına əsasən, keçmiş nazir dekabrın 5-də istefa verdikdən sonra prokurorluqda ifadə verib.

Kim Yon Hyen, Prezident Yun Sok Yolun dekabrın 3-də ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan etməsi ilə bağlı istintaq çərçivəsində saxlanılıb.

Xatırladaq ki, Prezident Yun Sok Yol, müxalifəti qiyam planlaşdırmaqda ittiham edərək hərbi vəziyyət elan etmişdi. Lakin dekabrın 4-nə keçən gecə parlamentdə qəbul edilən qətnamə ilə hərbi vəziyyət rejiminin ləğv edilməsi tələb olunub. Dövlət başçısı, təxminən 6 saat davam edən rejimi ləğv etmək məcburiyyətində qalıb.

Daha sonra müxalifət Prezidentin bu addımını konstitusiyanın pozulması kimi qiymətləndirərək impiçment prosesinə başlayıb. Lakin dekabrın 7-də parlamentdə kvorumun olmaması səbəbindən impiçment baş tutmayıb.

Xəbər lenti

Xəbər lenti