...

İsrailin Qəzza zolağına hücumları nəticəsində ağır itkilər: 25 nəfər həlak olub

Dünya xəbərləri Materials 10 Dekabr 2024 05:47 (UTC +04:00)
İsrailin Qəzza zolağına hücumları nəticəsində ağır itkilər: 25 nəfər həlak olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusunun Qəzza zolağının şimalında həyata keçirdiyi hücumlar zamanı azı 25 fələstinli həyatını itirib.

Trend xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Hücumlar nəticəsində Beyt Hanun şəhərində bir neçə yaşayış binası tamamilə dağıdılıb. Həlak olanların həmin binalarda gizlənən insanlar olduğu bildirilir.

Telekanal qeyd edir ki, son 24 saat ərzində Qəzza zolağında ən azı 50 nəfər həyatını itirib, 84-dən çox insan yaralanıb.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağında öldürülənlərin ümumi sayı 44,758 nəfəri, yaralıların sayı isə 106,134 nəfəri keçib.

Bu hücumlar bölgədəki humanitar vəziyyəti daha da ağırlaşdıraraq beynəlxalq ictimaiyyətin narahatlığını artırır.

Xəbər lenti

Xəbər lenti